Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Dmanisidə azərbaycanlıların mağazasına svanlar basqın edib (VİDEO)

Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” markete kütləvi hücum olunub. 

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslər olub.

Q. Şamilov hucum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu vermiyəcəklərini deyir. Onun sözlərinə görə, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər, mağazanın önünə gələrək mağazanın qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar. Mağaza sahiblərinin sözlərinə görə, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ifadələr də işlədiblər. Xəbər portalımıza verilən məlumata əsasən, kütləvi hucum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb.

 

Marketin satıcısının müsahibəsini olduğu kimi təqdim edirik:

 

"Bu gün təqribən saat 17:00 radələrində iki nəfər gənc sərhoş halda marketə gəldi məndən onlara nisiyə piyvə verməmi istədilər. Mən onlara dedim ki, müdür burada olmadığından dolayı mən nisiyə heçnə vermə hüququm yoxdur. Elə bundan sonra məni pis-pis söyünclərlə təhqir etdi və dedi ki, kalkilyatoru başına çırpacam... Bundan sonra qaynatam gəldi və dedi ki, niyə təhqir edirsiniz? və elə bundan sonra yaşlı qaynatamın sinəsinə təpiklə vurdular və döydülər. Bundan sonra biz polisi çağırdıq və onlar bizim dindirmək üçün şöbəyə apardılar. Biz gedib gələnə bu vaxtda bizə zəng gəldiki 60 nəfərə yaxın adam gəlib, mağazanə qırıblar, buradakiləri döyüblər, boğazlarından seplərinə qədər oğurlayıblar, maşınımızı qırıblar. Bura yiyəsi yoxdurmu? Biz bütün bunların hamsını tanıyırıq, kamerada var. Bunlar "Svanlardır". Bu daimi olaraq bizim başımıza gələn hadisədir. 3 yaşında uşağı vurublar, 15 yaşında oğlumu döyüblər, bu hadisə etnik zəmində baş verib. Bir il bundan öncədə üstümüzə belə bir qrup düşmüştü, fəqət şikayət etdik baxan olmadı".

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.

 Aktual.ge

 

 

Media

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina