Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azər Süleymanov: konfliktin aradan qaldırılmasında hökumət maraqlı deyil

 

 

 

"Bu gün (17 may) məsələ ilə yaxından tanış olmaq üçün Dmanisə getmək istəsək də, polislər yolu bağlamışdı, çıxışa icazə verisə də, rayona girişə icazə verilmədiyinə görə bir qədər gec getdik".

Aktual.ge xəbər verir ki, bu sözləri Axar-a müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü, parlamentin sabiq deputatı Azər Süleymanov Dmanisi rayonunda baş verənləri şərh edərkən şərh edərkən söyləyib

Onun sözlərinə görə, baş verənlər bugünün konflikti deyil:

“Bu gün açıq-aydın görünür ki, bu konfliktin aradan qaldırılmasında hökumət maraqlı deyil. Ən azından axşamdan bu əraziyə xüsusi təyanatlı ordu yerləşdirilə bilərdi və bu da öz növbəsində hər iki tərəfi konfliktdən uzaq tutardı. Lakin bugünün kadrlarından açıq görünür ki, polislər “bitərəf” idi. Svanlar tərəfindən armaturlarla, beysbol dəyənəkləri ilə dalaşır, hətta qadınları da küçəyə çıxıb azərbaycanlıları daşa tuturdu. Və bütün bunların fonunda ərazidə cəmisi 50-60 polis əməkdaşı var idi. Lakin bir neçə ay bundan öncə partiyamızın sədrini tutmaq üçün Gürcüstanın bütün polisləri gəlmişdi”.

A.Süleymanovun sözlərinə görə, bu gün istər Gürcüstan hakimiyyətində, istər parlamentində çoxsaylı ermənipərəstlərin olduğu açıq-aydın görünür:

“Qaribaşvil bu gün Ermənistan səfərindən qayıtdıqdan sonra bir sıra problemlər üzə çıxdı. İki gün öncə Marnueli rayonunda, azərbaycanlıların kompakt yaşadığı yerdə xaç asılmışdı, bir ay öncə də bu baş vermişdi və xaç sındırıldı. Yerində böyük bir mitinq təşkil olundu. Təəssüflər olsun ki, o xaçı sındıranların kimliyini müəyyən etmək mümkün olmadı. Bir gün öncə də bu məsələ oldu və bütün Gürcüstan mediası ayağa qalxdı ki, Marnuelidə – azərbaycanlıların kompakt yaşadığı bir yerdə gürcülərə, xristianlara məxsus olan xaçı sökürlər. Əlbəttə, biz də bu şəxslərin kimliyinin aydınlaşdırılmasının tərəfdarıydıq, çünki heç bir azərbaycanlı pravoslavların dəyərinə, xaçına toxunmaz. Bunu elə özləri edib, özləri də problem yaradırlar. Bu gün isə görünür ki, bu baş verənlərdə iki dövlət, millət arasında problem yaratmaq istəyən üçüncü bir qüvvənin də əli ola bilər. Lakin sözün düzü, mən hazırkı hakimiyyətdən nəsə gözləmirəm”.

A.Süleymanov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar heç vaxt iki dost xalq arasında hansısa qrupların problem yaratmasına imkan verməyəcək:

“Bacardığımız qədər bu konflikti sülh yolu ilə həll etməliyik. Bura bizim torpağımızdır, bura haradansa gəlməmişik, biz bu torpağın aborigenləriyik. Bizim bu torpaqlarda yüzillərə dayanan tariximiz var. Gürcüstan dövlətinin hər problemində gürcü xalqının yanında olmuşuq və heç zaman vətənimiz üçün problem yaratmamışıq”.

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina