Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisidə baş verənlərlə bağlı bəyanat yayır

"16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilmişdir. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkmiş, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaratmışdırlar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir. Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan – Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır. Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir. Əziz soydaşlar, Siz həmişə Azərbaycan – Gürcüstan dostluğunun əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirmək istəyir."-deyə Azərbaycanın Gürcüstandakı səfirliyinin bəyanatında bildirilir. Qeyd edək ki, dünən bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara qarşı fiziki şiddət göstəriblər. Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzəlandırılmasını tələb ediblər. Daha sonra isə insident böyüyb və tərəflər arasında Dmanisi küçələrində fiziki qarşıdurmalar yaşanıb. Hazırda polis rayon mərkəzinə nəzarət edir və nisbi sakitlikdir.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina