Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” mövzusunda videokonfrans keçirilib

Mayın 27-də “Borçalı-İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə onlayn formatda “Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda “Cənubi Qafqazda sülhün bərqərar olunmasında və təhlükəsizlik məsələlərində Azərbaycanın rolu”, “Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişaf istiqamətləri”, “İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialının qiymətləndirilməsi” və sair mövzular ətrafında məruzələr dinlənilib.

“Borçalı-İrəli” İB-nin sədri Məhəbbət İmanov çıxışında Azərbaycanın regionda həyata keçirdiyi məqsədyönlü uğurlu siyasət, bu siyasətin regionun inkişafına müsbət təsirləri barədə məlumat verib.

Sonra Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor iqtisad elmlər doktoru  Elşad Məmmədov, Odlar Yurdu Universitetinin müəllimi Elşad Çobanlı, Gürcüstanın Qara Dəniz Universitetinin professoru iqtisad elmlər doktoru Azər Dilənçiyev,  AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizov, Marneulidəki İnkişaf və Təhsil Mərkəzinin icraçı direktoru Emin Əhmədov çıxış edib. Konfransda eyni zamanda Odlar Yurdu Universitetinin tələbələri və eləcə də Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr çıxış ediblər.

Çıxışlarda Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixi, birgə həyata keçirdikləri layihələr barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Gürcüstan dostluğu digər dövlətlər üçün nümunədir.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası, Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin birbaşa iştirakı, eləcə də, Gürcüstanın və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən neft-qaz, nəqliyyat və logistika layihələri təkcə regionun deyil, Avropanın və bütövlükdə dünyanın iqtisadi inkişafında, təhlükəsizliyin və sülhün bərqərar olmasında mühüm rol oynayıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən sonra regionda yaranan yeni şəraitin əhəmiyyətini qeyd edən natiqlər gürcü iş adamlarının da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirakının vacibliyini vurğulayıblar.

 

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina