Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstana giriş qaydalarını açıqlandı

"Yeni qərara görə, iki dəfə peyvənd olunmuş şəxs Gürcüstana daxil olarsa, yenə də mənfi PCR testi təqdim etməlidir".

 Bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Qamğrelidzenin jurnalistlər üçün təşkil olunan veb-seminarda bildirdiyinə görə, əgər şəxs Gürcüstana yalnız mənfi bir PCR testi ilə girərsə, 72 saat ərzində PCR testini öz hesabına təkrarlamaq məcburiyyətində qalacaq.

"Gələn turistlərin son 72 saat ərzində mənfi PCR testindən keçməsi lazımdır. Bu gün müvafiq qaydaları əks etdirən yeni bir fərman çıxdı. Bir şəxs iki dəfə aşılanırsa, yenə də mənfi PCR testi təqdim etməlidir, əgər şəxs yalnız ölkəyə mənfi PCR testi ilə girirsə, şəxs öz hesabına növbəti 72 saat ərzində daha bir PCR testindən keçməlidir. Sərhəddə ona PCR testinin keçirildiyi 50-dək laboratoriyanın siyahısı veriləcək ki, ölkədən çıxarkən 72 saat ərzində ikinci PCR-nin də mənfi olduğu barədə müvafiq sənədi olsun. Əks təqdirdə, əlbətdə ki, uyğun cərimə tətbiq ediləcək”, - dedi Qamğrelidze.

Onun qeyd etdiyinə görə, Gürcüstanda olarkən turistin koronavirusa yoluxması halında, kovid sığorta komponenti də daxil olan müalicə xərcləri səyahət sığortası çərçivəsində ödənilməlidir.

"Bütün turizm şirkətləri tərəfdaşlarını turistlərin müvafiq qaydada sığortalanması lazım olduğu barədə xəbərdar etməlidirlər, sığorta kartında kovid sığorta komponenti də olacaqdır. Əgər şəxsin daha sonra Gürcüstanda müalicəyə ehtiyacı olarsa, müvafiq sığorta bu müalicəni ödəməlidir. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi müvafiq qərarlara, qanunvericiliyə dəyişikliklər təqdim etdi və düşünürəm ki, vaxtında qəbul ediləcək ”, - deyə Amiran Qamğrelidze bildirib.

 

InterPress.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina