Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda komendant saatı ləğv edilir və artıq küçədə maska taxmamaq olar

Gürcüstanda koronavirus pandemiyasına görə 2020-ci ilin noyabrından qüvvədə olan komendant saatının iyulun 1-dən ləğv olunması qərara alınıb. İyunun 22-dən isə küçədə maska ilə gəzmək məcburiyyəti aradan qaldırılıb. Amma məkan daxilində, nəqliyyatda və ictimai nəqliyyat dayanacaqlarında maska taxmaq hələ də mütləq sayılır.

Hələlik kafe, restoran və əyləncə məkanları üçün məhdudiyyətlər qüvvədə qalır – bu müəssisələr ancaq 00:00-a qədər işləyə bilər.

“Məhdudiyyətlər epidemioloji vəziyyətin yaxşılaşmasına kömək etməlidir. Amma biz iqtisadiyyatın və turizmin inkişafına da imkan verməliyik. Açıq havada maska taxmaq tələbi artıq olmasa da, öz tərəfimdən yenə də taxmağı tövsiyə edərdim”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məhdudiyyətlərin yumşaldılması haqda məlumat verib. 

İstənilən ictimai yerdə maska taxmaq tələbi yarım ildən çox qüvvədədir, tələbin pozulmasına görə 20 lari [8 dollara yaxın] cərimə nəzərdə tutulub.

Gürcüstanda komendant saatı yarım ildən çox qüvvədədir. 23:00-dan 04:00-a qədər küçədə hərəkət etmək qadağandır. Qayda pozuntusuna görə cərimə 2000 lari [800 dollara yaxın] təşkil edir.

Ötən sutka ərzində (iyunun 21-də) Gürcüstanda koronavursdan daha 24 nəfər vəfat edib, 914 yeni yoluxma halı qeydə alınıb (27 956 testdən). Son ayın göstəriciləri epidemioloji vəziyyətin yaxşılaşdığından xəbər verir.

Gürcüstanda pandemiyanın əvvəlindən 360 055 koronavirusa yoluxma halı qeydə alınıb. Virusdan ölənlərin sayı 5 199 nəfərə çatıb.

Vaksinasiya

Gürcüstanda koronavirusa qarşı vaksinasiya 2021ci il martın 15-dən başlayıb. İyunun 22-ə qədər 238 220 nəfər peyvənd vurdurub, onlardan 84 756 nəfəri hər iki dozanı alıb.

Dörd: AstraZeneca, Pfizer, Sinovac və Sinopharm peyvəndindən istifadə olunur. Amma AstraZeneca vaksininin əlavə dozalarının alınması ilə bağlı problemlər var. İyunun 22-də həmin günə təyin olunmuş bütün peyvəndlər təxirə salınıb, növbəti günlərə hələlik qeydiyyat yoxdur.

“AstraZeneca vaksininin əlavə dozaları iyunun 22-də səhər Gürcüstana gətirilməli idi, amma bir çox amillərlə əlaqədar olaraq çatdırılmada ləngimə baş verib. Amma problem tezliklə həll olunacaq, ən yaxın zamanda vaksinasiya davam edəcək”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri deyib.

Səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, “vaksinlərin dördü də (AstraZeneca, Pfizer, Sinovac və Sinopharm) iyulda müxtəlif həcmlərdə Gürcüstana gətiriləcək”, amma konkret rəqəmlər açıqlamayıb.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina