Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Baş nazir Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən danışdı

 

 

“Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır”.

Bunu Baş nazir İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib. O, üç qonşu ölkə - Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib.

Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub:

“Bizim uğurlu siyasətimiz nəticəsində azərbaycanlı və erməni qardaşlarımız arasında razılaşma əldə olundu. Bu, uğurlu presedenti üç qonşu ölkə yaratdı”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bölgədə dayanıqlı sülh və sabitliyin əsas təşəbbüskarlarından biri olmalıdır:

“Bu, gələcək inkişaf üçün möhkəm təməl ola bilər. Dost və qonşu ölkələrə təklif etdiyimiz platforma inkişaf etdirilməli və biz bu istiqamətdə daha da fəal olmalıyıq”.

Baş nazir həmçinin Türkiyə-Gürcüstan münasibətlərindən də danışıb. Onun sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli strateji dialoq fəallaşdırılacaq:

“Mənim Türkiyəyə uğurlu səfərim və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüm olub. Onun təşəbbüsü ilə Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı bu ilin sonunda keçiriləcək”, - deyə baş nazir İ. Qaribaşvili bildirib.

 

www.24news.ge

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina