Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Paşa Şabanov, bu ilki qəbul imtahanlarında azərbaycanlılar arasında ən yüksək bal toplayan gənc olub

Bu il baş tutan "Vahid Milli İmtahanlar" üzrə qəbul imtahanlarında, 1+4 programı üzrə hazırlıq kursuna 69 balla Paşa Şabanov ən yüksək nəticəni əldə edib.

Bu barədə P. Şabanov özü məlumat verib. Onun sözlərinə görə, bu nəticə hazırlıq kursuna ilk dəfə daxil olan tələbələr arasındadır.

P. Şabanov bu günədək bir sıra olimpiadlarda və yarışmalarda iştirak etdiyini bildirib:

"Orta təhsilimi Qaraçöp ərazi vahidliyinin Düzəyrəm məktəbində almışam, əldə etdiyim bir çox bilik və nəailiyyətlərin əsas səbəbi müəllimlərim oldu. Bu günədək Olimpiadlarda, yarışmalarda və teatrda iştirak etdim, əksəriyyətindən əldə etdiyim yaxşı nəticələr də məhz müəllimlərimin sayəsində oldu. Əlbəttə hər kəsdə olduğu kimi mənim də başqa fənnlərə nisbətən daha çox sevdiyim fənnlər var idi, ingilis, riyaziyyat və gürcü. Bütün fənnlər üzərində çalışsam da, lakin yuxarıda qeyd etdiyim fənnlərin məndə yerləri başqa idi, əsasən də ingilis. İngilis dilinin vasitəsi ilə də arzuladığım və üstündə çox çalışdığım "IELTS" sertifikatını almaq istəyirəm, ki bu sertifikatın təhsil və iş həyatımda rolunun böyük olacağını düşünürəm".

Paşa Şabanov həmçinin pandemiya dövründə təhsildə yaranan problemlərdən dolayı gəncləri həvəsdən düşməməyə çağırır:

"Bildiyimiz kimi dünyamız böyük bir pandemiyadan əziyyət çəkir (COVID-19) və təsiri bizə qədər gəlib çıxdı, məktəblər bağlansa və üz-üzə təhsil almağımızda maneələr törənsə də hər kəsə tövsiyyəm odur ki, əsla təhsil üzərində çalışmaqdan və oxumaqdan vaz keçməsinlər çünki onlayn təhsilin də mənfi ilə yanaşı bir çox müsbət tərəfləri var. Dərslərdə inancınızı və performansınızı itirmədən pozitiv şəkildə iştirak edin", - deyə P. Şabanov qeyd edib.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina