Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanın Bolnisi rayonunda Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş Əkbər Bəylər oğlu Pənahovun anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfir və onu müşayiət edən şəxslər əvvəlcə Birinci Qarabağ müharibəsində əslən Babakişilər kəndindən olan şəhidlər Cəfərov Ruslan Elman oğlu, Gülməmmədov Ədalət Qədir oğlu, eləcə də Vətən müharibəsi şəhidi Əkbər Panahovun kənd məscidinin önündə yerli sakinlər tərəfindən yerləşdirilmiş xatirə lövhəsini ziyarət ediblər.

Səfir Faiq Quliyev çıxış edərək xalqımızın Vətən müharibəsindəki tarixi qələbəsindən danışıb, Gürcüstanda yaşayan soydaşlarımıza Vətən müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə minnətdarlıq edib. Bildirib ki, Birinci Qarabağ müharibəsindən indiyədək Azərbaycanın ərazi bütövlüyü uğrunda ümumilikdə 45 nəfər Gürcüstan əsilli soydaşımız şəhid olub.

O, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Diplomat Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərindən söz açıb, beynəlxalq tribunalarda Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, xüsusilə Vətən müharibəsi dövründə Gürcüstan dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.

Yerli sakinlər çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın II Qarabağ müharibəsində qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıblar.

Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə qalxmağa daim hazır olduqlarını bildiriblər.

Mərasimdə Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhlarına dualar oxuyub.

Qeyd edək ki, kapitan Ə.Pənahov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb, cari ilin iyul ayında nəşi tapılıb və həmin ayın 12-də Bakı şəhərində dəfn olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina