Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

"Gürcüstanda olan 300-ə yaxın məscidin 200-ü artıq müsəlmanların ixtiyarına verilib" - Vaşaxmadze

Gürcüstanın Din İşləri üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Məclisinin sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ilə görüşüb.

Bu barədə Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "APA" xəbər agentliyinə məlumat verilib.

Məlumatı olduğu kimi təqdim edirik:

"Fəzail İbrahimli ölkələrimiz arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze Gürcüstanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Azərbaycana minnətdarlıqlarını çatdırıb, eyni zamanda ölkəsinin də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Qonaq Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının konstitusiya ilə qorunduğunu, soydaşlarımızın bu ölkədə dövlət və hökumət strukturlarında, qanunverici orqanda, yerli icra qurumlarında təmsil olunduqlarını bildirib. Məlumat verib ki, Gürcüstanda olan 300-ə yaxın məscidin 200-ü artıq müsəlmanların ixtiyarına verilib, proses davam edir. Dövlət əhalinin dini etiqadına hörmətlə yanaşır. Müsəlmanların dini bayramlarında ölkənin ali rəhbərliyi iştirak edərək təbriklərini çatdırır. Gürcüstan dövləti ölkədəki bütün icmaların daha sıx inteqrasiyasına çalışır.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri bildirib ki, Azərbaycanda hələ 1992-ci ildə "Din haqqında" qanun qəbul edilməsinə baxmayaraq, Gürcüstanda indiyədək din haqqında qanun qəbul edilməyib. O, Azərbaycan parlamentindən bu sahədə kömək istədiklərini, din haqqında qanunun hazırlanması üçün təcrübə mübadiləsinin çox əhəmiyyətli olacağını bildirib.

Vitse-spiker Fəzail İbrahimli sözü gedən qanun barədə məlumat verib və “Dini etiqad azadlığı haqqında” qanuna bu ilin yaz sessiyasında günün tələbindən irəli gələn bir sıra dəyişikliklər edildiyini də diqqətə çatdırıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin, çoxşaxəli əməkdaşlığın və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze koronavirus xəstələri üçün oksigen təchizatında təmənnasız yardım etdiyinə, Gürcüstana böyük miqdarda tibbi maye oksigen göndərdiyinə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.

Sonra Milli Məclisə xatirə hədiyyələri təqdim olunub. Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə danışılıb".

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina