Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanda daimi yaşamaq icazəsi olamayan Gürcüstan vətəndaşları vaksinasiyadan keçə biləcəklər

Artıq Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olmayan, bununla belə pandemiya səbəbindən ölkədən çıxa bilməyən Gürcüstan vətəndaşları da koronavirusa qarşı peyvənd oluna biləcəklər.

Bununla bağlı Gürcüstan azərbaycanlılarının “Soydaş” İctimai Birliyindən məlumat verilib.Məlumatda deyilir:“Hazırda Azərbaycanda olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən soydaşlarımız vaksinasiya ilə bağlı problemlərlə üzləşmişdilər. Belə ki, olduğu yer üzrə qeydiyyatda olan (müvəqqəti və ya daimi yaşama icazəsi olmayan) soydaşlarımız burada koronavirusa qarşı peyvənd vurdura bilmirdilər.“Soydaş” İctimai Birliyi olaraq bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdik.

Artıq bu gündən etibarən 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) VII korpusunda vaksinasiya prosesinə başlanılıb.Vaksin olunmaq istəyən şəxslər həftə içi hər gün saat 09:00-18:00 arası, şənbə günləri 09:00-14:00 arası peyvəndlənmə üçün müraciət edə bilərlər. Xarici pasportunuz və olduğunuz yer üzrə qeydiyyat zamanı sizə təqdim olunan qeydiyyat sənədinizlə birgə xəstəxanaya gedərək canlı növbə götürə bilərsiniz”.

“Soydaş” İctimai Birliyinin rəhbərliyi sözügedən məsələdə göstərdiyi köməyə görə Azərbaycan – Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyevə, həmçinin aidiyyəti dövlət qurumlarına təşəkkür edib.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina