Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycan səfiri Marneulidə "Jurnalistika Kursu"nun iştirakçıları ilə görüşüb

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneulidə "Aktual Media" - Aktual.ge xəbər portalının başlatdığı "Jurnalistika Kursu"nun iştirakçıları görüşüb. 

Aktual.ge xəbər verir ki, diplomat görüşdə gənclərlə tanış olub, kurs barəsində məlumat alıb və Azərbaycan-Gürcüstan əlaqələrinin hər keçən gün güclənən inkişafından danışıb.

Kursun təşkilatçısı, "Aktual Media" - Aktual.ge xəbər portalının baş direktoru İlkin Hüseynov diqqətə və sözügedən kursun iştirakçıları ilə görüşü qəbul etdiyinə görə Azərbaycan səfirinə təşəkkür edib.

O bildirib ki, kursun əsas məqsədi Gürcüstanda jurnalistikaya meyli, marağı olan gənclərə dəstək vermək, onların bilik və bacarıqlarının artırılmasına yardım etməkdir.

Media rəhbəri qeyd edib ki, kursda AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov, “Mtavari Arxi” televiziya kanalının jurnalisti Ceyhun Məhəmmədəli gənclərə jurnalistikanın əsasları, janrları və s prinsipləri barədə təlim keçir və məlumat verirlər. Gənclər pratiki məşğələlər keçir, müsahibələr götürür, süjetlər hazırlayır, bilik və bacarıqlarını artırırlar, həmçinin kurslardan əlavə müxtəlif sahələrin peşəkarları seminar görüşlərdə keçirilir.

İ.Hüseynov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Xüsusən gənclərin təhsil almaları və hər il yüzlərlə gənc Azərbaycanın dəstəyi ilə Gürcüstan Dövlət univerisitetlərindən məzun olur. 

F.Quliyev kursda təhsil alan gənclərə siyasi, iqtisadi, humanitar, beynəlxalq münasibətlər üzrə biliklərini artırmağı tövsiyə edib.

Səfir gəncləri maraqlandıran suallara, onları maraqlandıran məsələlərə aydınlıq gətirib və kursun iştirakçıları ilə bir sıra müxtəlif mövzularda müzakirələr aparıb.

Sonda "Jurnalsitika Kursu"nun iştirakçılarının hazırladıqları xəbər və süjetlərə baxış olub, mütəxəssislərin rəy və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, "Aktual Media"nın Marneulidə ilk olaraq başlatdığı "Jurnalistika Kursu" bu ilin 24 iyul tarixindən başlayıb.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina