Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Səfir: Tarixi qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın xüsusi payı var

Tarixi qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın xüsusi payı var. 44 günlük Vətən müharibəsində Gürcüstanda yaşayan soydaşlarımız möhkəm birlik, böyük vətənpərvərlik və həmrəylik nümayiş etdiriblər. Azərbaycan dövləti də bunu görür və yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Aktual media”- Aktual.ge portalının bu ölkədə ilk dəfə pulsuz təşkil etdiyi “Jurnalistika kursu”nun iştirakçıları ilə görüşdə söyləyib.

Kursun təşkilatçısı, aktual.ge portalının rəhbəri İlkin Hüseynov diqqət və qayğıya, kursun fəaliyyətə başlamasına göstərilən maddi dəstəyə görə, Azərbaycan dövlətinə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə və səfirə minnətdarlıq edib. Bildirib ki, kursun əsas məqsədi Gürcüstanda jurnalistikaya meyli, marağı olan gənclərə dəstək vermək, onların bilik və bacarıqlarının artırılmasına yardım etməkdir.

Bildirilib ki, kursda AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov, “Mtavari Arxi” televiziya kanalının redaktoru Ceyhun Məhəmmədəli gənclərə jurnalistikanın əsasları, janrları və digər prinsipləri barədə ətraflı məlumat verirlər. Gənclər praktiki məşğələlər keçir, müsahibələr götürür, süjetlər hazırlayır, bilik və bacarıqlarını artırırlar.

Səfir deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Onların sosial problemlərinin həlli, xüsusən gənclərin təhsil almaları, mədəni irsimizin qorunması və təbliği istiqamətində çox mühüm işlər görülür. "Aktual Media" - Aktual.ge xəbər portalının Gürcüstanda ilk dəfə olaraq başlatdığı “Jurnalistika kursu” layihəsinə verilən dəstək də həmin qayğının bariz nümunəsidir.

Faiq Quliyev kursda təhsil alan gənclərə siyasi, iqtisadi, humanitar, beynəlxalq münasibətlər üzrə biliklərini artırmağı tövsiyə edib.

Sonra səfir, gəncləri maraqlandıran suallara cavab verib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Sonda gənc jurnalistlərin hazırladıqları xəbər və süjetlərə baxış olub, mütəxəssislərin rəy və təklifləri dinlənilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina