Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ABŞ səfirliyi Dmanisidə və Rustavidə baş verən hadisələrə münasibət bildirdi...

"Amerika Birləşmiş Ştatları, Dmanisi və Rustavidə baş verən şiddətli, siyasi motivli hücumları qınayır".

 Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda, son zamanlarda baş verən insidentlərin hökumətin ədalətli bir seçkiöncəsi mühitə və demokratik bir seçki prosesinə bağlılığına ciddi şübhələr yaratdığı bildirilib:

"Amerika Birləşmiş Ştatları, Dmanisi və Rustavidə baş verən şiddətli, siyasi motivli hücumları qınayır. Bu, ölkə daxilində müxalifət namizədlərinə və onların tərəfdarlarına qarşı çoxsaylı təzyiq və hədə-qorxu ilə yanaşı, hökumətin təhlükəsiz, ədalətli bir seçkiöncəsi mühitə və demokratik bir seçki prosesinə bağlılığına ciddi şübhələr yaradır.

Hər bir seçki kampaniyasında zorakılıq qəbuledilməzdir. Hökumət, fərdlərin hüquqlarını qoruyan və seçicilərin güvənə biləcəyi azad, ədalətli, rəqabətli bir seçki təmin edən bir mühitin yaradılmasında əsas məsuliyyəti daşıyır.

Gürcüstan Hökuməti, namizədlərin və onların tərəfdarlarının hədə -qorxu, təcavüz və ya zorakılıq təhdidi olmadan demokratik söz və sərbəst toplaşma hüquqlarından istifadə etmələrini təmin etmək üçün səylərini artırmalı və seçki pozuntularına yol verənləri məsuliyyətə cəlb etmək üçün fəal addımlar atmalıdır. Bütün partiyalar, vətəndaşların problemlərini müzakirə edə biləcəyi, üstünlüklərini ifadə edə biləcəyi və şiddət və qorxu təhdidindən azad olaraq öz namizədlərini seçə biləcəyi dinc bir mühiti təşviq etmək üçün vətəndaşlıq borcu var",

- deyə bəyanatda qeyd olunub. Xatırladaq ki, 21 sentyabrda Dmanisinin Qantiadi kəndində müxalifətin seçkilərlə bağlı əhali ilə görüşü zamanı, bir qrup şəxs onlara hücum edərək iki nəfəri bıçaqlayıblar. Rustavidə isə 1 nəfər müxalifət fəala qarşı naməlum şəxslər tərəfindən fiziki şiddət göstərilib.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina