Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Saakaşvili tərəfdarlarını "hakimiyyəti almağa" çağırdı

Oktyabrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəlib. 

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bəyan edib ki, Gürcüstan rəhbərliyini növbədənkənar parlament seçkilərini təyin etməyə məcbur etmək lazımdır.

Bunu Gürcüstanın sabiq prezidenti öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Mən çox əsəbiyəm və təhqir olunmuşam. Özünə hörmət edən bütün gürcülər də əsəbi olmalı və özlərini təhqir olunmuş kimi hiss etməlidirlər. Bütün böyük şəhərlərdə qələbəmizi oğurladılar. Biz bu seçkilərdə qalib gəldik və Gürcüstanın hakimiyyətini mənimsəyən bir qrup quldur dəstəsi bu qələbəni əlimizdən aldı, bizi soydu, bizi əsas hüququmuzdan - ölkəmizə hakim olmaqdan məhrum etdi! Biz nə edək? Yalnız bir şey... hakimiyyəti almaq və onları (Gürcüstan rəhbərliyi – red.) qanun qarşısına çıxarmaq. Qonşu Ermənistan belə etdi", - deyə Saakaşvili yazıb.

Qeyd edək ki, oktyabrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəlib.
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina