Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanlı gənclər Gürcüstan prezidenti ilə görüşərək bir sıra problemlər səsləndiriblər

Ölkə Prezidenti Salome Zurabişvili Orbeliani sarayında “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb.

Görüş zamanı gənclər tərəfindən bir sıra məsələlər prezidentin diqqətinə çatdırılıb.

Görüşdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev də qatılıb. O, xəbər portalımıza açıqlamasında bildirib ki, azərbaycanlı gənclər təhsil, mədəniyyət, sosial və digər sahələrdə narahat edən məsələlər barədə danışıblar.

Sözügedən layihənin Kvemo Kartli üzrə kardinatoru ictimai fəal Samirə Bayramova bildirib ki, görüş zamanı etnik azlıqların mədəniyyətlərinin inkişafı ilə bağlı mövcud problemlər və bu sahədə dövlət büdcəsinin olmaması, 1+4 proqramı ilə gürcü dilini öyrənən universitet tələbələrinin hazırlıq kursunda təhsil haqqı ödəməsi, Novruz Bayramı ilə bağlı Gürcüstanda 21 mart tarixinin qeyri-iş günü olaraq elan olunması məsələsinə parlamentin verdiyi qərar kimi məsələlər prezidentin diqqətinə çatdırılıb.

Görüşdə regionda ictimai fəaliyyətlər, sosial və siyasi fəaliyyətlər də müzakirə olunub. Gənclər etnik azlıqların simvoliq dövlət idarələrində iştirakını qınayıblar. Etnik azlıqların xüsusən də prezident administrasiyasında təmsil olunmadıqları bildirilib.

Prezidentlə görüşdə gənclər, leytenant, Abxaziya müharibəsi iştirakçısı "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunan Ənvər Hümbətovun adının əbədiləşdirilməsi məsələsini də gündəmə gətiriblər.

Qeyd edək ki, sözügedən lahiyə Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Vətəndaş Şurası, Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu ilə birlikdə Almaniya Hökumətinin dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Gürcüstan gənclərini demokratik proseslərə, müxtəlifliyə və gender bərabərliyinə təşviq etməkdir.

 

 

 

 

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina