"Azərbayacana quru sərhədlərlə xüsusi icazə ilə keçmək mümkündür".
Bunu Azərbaycanın Prezident köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqində deyib.
Onun sözlərinə görə, yalnız Operativ Qərargaha müraciət edib, xüsusi icazə alınan halda vətəndaşlar quru sərhədlərlə ölkəyə səfər edə bilərlər:
"Lakin hazırda Omikron ştammı qonşu ölkələrdə də yayılıb. Belə olan halda quru sərhədlərin açılması mümkün deyil", - deyə Ş. Mövsümov bildirib.