Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanın Gürcüstandakı səfirliyindən xəbərdarlıq

Son vaxtlar Gürcüstanın Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbaz tərəfindən Gürcüstan vətəndaşları olan soydaşlarımızdan qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait almaqla və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yaydığı müraciətdə bildirilib.

Qeyd olunub ki, Azərbaycana getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, Səfirliyə dərhal məlumat verilməsi xahiş olunur.

 

“Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səfirliyin əlaqə nömrələri: +995-32-224-30-04 - (şəhər nömrəsi); +995-577-00-00-38 - (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi). Elektron poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ”, - diplomatik korpus xəbərdarlıq edib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən quru sərhədlər müvəqqəti olaraq bağlanıb. Gürcüstan vətəndaşları bəzi hallarda icazə əsasında quru və hava yolu ilə Azərbaycana səfər edə bilirlər.

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina