Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanın Xarici İşlər Nazirliyindən Gəncə qapıları ilə bağlı açıqlama

“Gəncə qapıları məsələsi Gürcüstan və Azərbaycan arasında gündəmdə deyil".

Bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili deyib.

O bildirib ki, məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gəncə qapılarının vəziyyəti ilə bağlı Gürcüstan tərəfindən yekdil rəy olmasa da, məsələnin danışıqlar vasitəsi ilə Azərbaycana qaytarılmasının müzakirə olunduğunu bildirmişdi.

Xatırladaq ki, Gəncə qapılarının bir tayı Gürcüstanda Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina