Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan parlamentinə Xocalı ilə bağlı müraciət edildi

Tiflisdəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Axar.az xəbər verir ki, “Xocalı soyqırımı-30” adlı beynəlxalq konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan ictimaiyyətinin nümayəndələri, gürcü və Gürcüstanda yaşayan azərbaycanlı gənclər iştirak ediblər.

Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə ətraflı məlumat verib.

Sonra tədqiqatçı alim Aygül İsayeva, Marneuli Bələdiyyə Məclisinin deputatı Nərgiz Əliyeva, “Mtavari Arki” telekanalının əməkdaşı Ceyhun Məhəmmədəli, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Orxan Pirverdi, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “24news.ge” portalının rəhbəri Azər Məmmədov, “aktual.ge” portalının redaktoru İlkin Hüseynov, “Alyans” Gənclər Mərkəzinin direktoru Leyla Həmzəyeva və başqaları çıxış edənlər Azərbaycan və gürcü xalqları arasındakı dostluq münasibətlərindən ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri qanlı cinayətlər barədə danışıb, Xocalı soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət verilməsinin, dünya birliyi ölkələri, eləcə də Gürcüstan parlamentinin Xocalı soyqırımını tanıması barədə qərar qəbul etməsinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Xocalı soyqırımının tanınması ilə əlaqədar Gürcüstan parlamentinə müraciət qəbul olunub.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina