Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan vətəndaşları Azərbaycana hansı şərtlərlə gedə bilər? - Səfirlik bəyanat yaydı

Gürcüstan vətəndaşlarının hava yolu ilə Azərbaycan Respublikasına səfər etmələrinə icazə verilmişdir.

Bu barədə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin Gürcüstan vətəndaşlarının Azərbaycana səfəri ilə bağlı yaydığı məlumatda deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 saylı, 26 may 2021-ci il tarixli Qərarına edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Baş Nazirinin 40 saylı, 15 fevral 2022-ci il tarixli Qərarı ilə tam (iki) doza peyvənd olunan Gürcüstan vətəndaşları cari ilin 15 fevral tarixindən etibarən Azərbaycan Respublikasına hava yolu ilə səfər edə bilirlər. Lakin, Azərbaycan Respublikasına səfər edəcək Gürcüstan vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin neqativ nəticəsi haqqında çap olunmuş arayış təqdim etməlidirlər.

1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında (COVID-19 pasportu tələb olunmur) uçuşlarını həyata keçirə biləcəklər.

Bir yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur. Uşağın yaşı gediş tarixində müəyyən edilir", -deyə məlumatda bildirilir.

 

 

InterPress.ge 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina