Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanlı nazirdən Tbilisidə açıqlama: "Azərbaycan-Gürcüstan birgə universiteti yaradıla bilər"

“Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim çatışmazlığının həlli üçün iki ölkənin universitetlərinin birgə kadr hazırlığı nəzərdən keçirilir”.

Bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ Gürcüstana səfəri çərçivəsində keçirilmiş görüşlərdə diqqətdə saxlanılıb:

“Mən Gürcüstanda olduğum müddət ərzində Gürcüstandakı azərbaycandilli məktəblərin nümayəndələri ilə görüşdə bu məsələ qaldırıldı və bu gün həmkarım, Gürcüstanın təhsil naziri ilə də bu məsələni müzakirə etdik. Bir neçə həll yolunun mümkünlüyünü müzakirə etdik. Bu həm Azərbaycan universitetləri ilə Gürcüstandakı universitetlər arasında əməkdaşlıq, həm Azərbaycanda olan müxtəlif ali təhsil müəssisələrinin iştirakı ilə kadr hazırlığına bir qədər də təkan verilməsi, o cümlədən də gələcəkdə ikili diplom proqramlarının həyata keçirilməsi ilə mümkün ola bilər. İnanıram ki, bu görüşdən sonrakı işçi görüşlər çərçivəsində biz daha konkret həll yolları ilə bağlı ictimaiyyətə məlumat verə biləcəyik”.

Nazir əlavə edib ki, problemin uzunmüddətli həll yollarından biri kimi birgə universitetin yaradılması imkanları müzakirə edilib:

“Lakin bu həll yollarının tətbiqindən öncə texniki detalların ətraflı müzakirəsinə ehtiyac var”, - deyə nazir bildirib.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina