Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan Rusiyaya qarşı sanksiyalara niyə qoşulmadı?

“Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi Gürcüstanın milli maraqlarına ziddir və Ukraynadakı hərbi əməliyyatları dayandıra bilməz”.

“Qafqazinfo” “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün hökumətin iclasından əvvəl söyləyib.

“Bu gün Avropada böyük müharibə gedir, Avropanın ən böyük ölkəsində, Ukraynanın paytaxtı bombalanır və gördüyümüz kimi bunu heç kim saxlaya bilmir və etiraf edək ki, sanksiyalar qeyri-effektiv vasitədir”, - deyə Qaribaşvili qeyd edib.

Qaribaşvili, həmçinin Gürcüstanın Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmalı olduğunu hesab edən müxalifətə də cavab verib. O bildirib ki, belə bir addım gürcü xalqına qarşı sanksiyalara bərabər olardı:

“Söhbət sanksiyalardan gedəndə onlar məndən nə istəyirlər? Öz xalqıma qarşı sanksiyalar tətbiq edim. Burada uduzan kim olacaq? Əhalimiz, iqtisadiyyatımız, maliyyə əməliyyatları həyata keçirə bilməyən milyondan çox soyadışımız və s. Bu səbəbdən də, bir daha qeyd etmək istəyirəm ki, bu yersiz emosiyalar heç nə qazandırmayacaq. Əksinə, onlar bizim milli maraqlarımıza, xalqımızın milli maraqlarına zərər vuracaqlar”.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina