Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan əhalisinin sayı azalıb

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 mln. 688,6 min nəfər təşkil edir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə qonşu ölkə əhalisinin sayında 1,1% azalma qeydə alınıb.

Əhalinin 59,7%-i şəhərlərdə, eyni zamanda üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin əhali sayı isə 434,5 min nəfərdir ki, onların da 191,3 mini şəhər, 243,2 min nəfəri isə kəndlərdə məskunlaşıb.

Yaş tərkibinə gəlincə 0-14 yaşlı şəxslər ümumi əhalinin 20,8 %, 15-64 yaşlı şəxslər 63,7 %, 65 və ondan yuxarı yaşlı şəxslər isə 15,5 %-ni təşkil edir.

Qonşu ölkə əhalisinin 48 %-ni kişilər, 52 %-ni isə qadınlar təşkil edir. Kişilərin sayı 1 mln 770 min nəfər, qadınların sayı isə 1 mln 918,7 min nəfərə bərabərdir.

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina