Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin"də dil kurslarını bitirənlərə sertifikatlar təqdim edilib

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin"də 6 aylıq İngilis dili və Gürcü dili kurslarını bitirən 60-a yaxın kurs iştirakçısına sertifikatlar təqdim edilib.

Tədbirdə incəsənət, ictimaiyyət və siyasət adamları, mətbuat nümayəndələri, tanınmış ziyalılar iştirak edirdilər. Qonaqlar arasında Rayonun hörmətli ziyalıları Ramiz Bəkirov, Əlixan Yahyaoğlu və şair İbrahimxəlil Tamıyev də, iştirak edirdi.

Qonaqlar arasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Vəsilə Vahidqızı və Nərman Əliyev də, tədbirdə iştirak edirdi

Mərkəzin direktoru Rezo Həsənov tədbiri giriş sözü ilə açıq elan edərək, qonaqları, mərkəzin üzvlərini və media nümayəndələrini salamlayaraq mərkəzin yaranma məqsədi, görülən və görüləcək işlərlə bağlı ətraflı məlumat verdi. O, bu layihənin Bolnisi rayonu üçün çox vacib əhəmiyyəti olduğunu, artıq bir "İnteqrasiya" evinin olması gənclərimizin dövlət dilini çox həvəslə öyrənmələrinə və kursları bitirənlərin əksəriyyətinin özlərini sərbəst şəkildə ifadə edəcək qədər Gürcü dili və İngilis dilini öyrənməklərində əhəmiyyətli rolunun olduğunu bildirib.

Həmçinin onuda qeyd edək ki, "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" 2021-ci ilin noyabr ayından aktiv fəaliyyətə başlamışdır. Bugünə kimi Bolnisi rayonunda yaşayan yüzdən çox şagird, müəllim, tələbə və digər vətəndaşlar mərkəzin ödənişsiz şəkildə təşkil etdiyi, dil kurslarından yararlanmışdır.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina