Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı kriteriyalara bəzi dəyişikliklər edilib - AÇIQLAMA

 

"SOCAR" şirkəti tərəfindən 2022-2023-cü tədris ilinin 1-ci semestrindən etibarən təhsil haqqı ödəmələri üçün tətbiq edilən kriteriyalara bəzi dəyişikliklər edilib.

Bu barədə "SOCAR"ın Gürcüstan Nümayəndəliyi məlumat yayıb.

Beləliklə, 2022-2023-cü tədris ilinin 1-ci semestrindən etibarən tələbələrin təhsil haqqı aşağıda yazılan kriteriyalara uyğun olaraq ödəniləcək:

1.) 2022-2023-cü tədris ilindən etibarən Vahid Milli İmtahanın Azərbaycan dilində olan Ümumi Qabiliyyət İmtahanı nəticəsinə əsasən (Bundan sonra “1+4” proqramı) Gürcüstan dövlət ali təhsil müəssisələrinin hazırlıq kursuna qəbul olan yeni tələbələrin təhsil haqqı hazırlıq kursunun 1-ci semestrin nəticələri əsasında ödəniləcək. Belə ki, təhsil haqqının ödənilməsi üçün tələbə 1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 81 bal təşkil etməlidir.

2.) Hazırlıq kursunun müvafiq sessiyasının nəticələrinə əsasən bir semestr ərzində tam 30 kredit toplaya bilməyən tələbələrin təhsil haqqının ödənilməsi 1-ci kursun 1-ci semestrində təhsillərinin davamına başlayana qədər dayandırılacaq.

3.) 2022-2023-cü tədris ilindən etibarən Vahid Milli İmtahan nəticələrinə əsasən Gürcüstan dövlət ali təhsil müəssisələrinə Birbaşa olaraq birinci kursa qəbul olan yeni tələbələrin təhsil haqqı, birinci kursunun 1-ci semestrin nəticələri əsasında ödəniləcək. Belə ki, təhsil haqqının ödənilməsi üçün tələbə 1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 81 bal təşkil etməlidir.

4.) Növbəti kursların müvafiq semestrlərində ödəmələrin həyata keçirilməsi üçün əvvəlki semestrlərin nəticələri əsas götürüləcəkdir. Hər semestr üzrə minimal 30 kredit toplayan və orta qiymət balı minimum 81 bal təşkil edəcək tələbələrin təhsil haqqı ödəniləcək.

5.) 2022-2023-cü tədris ilindən əvvəlki illərdə Gürcüstan dövlət ali təhsil müəssisələrinə qəbul olmuş mövcud tələbələr üçün kriteriyalar dəyişməz olaraq qalır. Yəni, mövcud tələbələrin təhsil haqqının ödənilməsində əvvəlki semestrlərin nəticələri əsas götürüləcək. Hər semestr üzrə minimal 30 kredit toplayan və orta qiymət balı minimum 61 bal təşkil edən tələbələrin təhsil haqqı ödəniləcək.

6.) Əsaslı səbəb olmadan, (analıq məzuniyyəti, hərbi xidmət və s.) o cümlədən mövcud imtahan borclarını aradan qaldırmaq yolu kimi, universitet və ya fakültə dəyişən tələbələrin təhsil haqqı ödənilməyəcək.

7.) Sosial şəbəkələrdə “1+4” proqramı ilə əlaqədar konstruktiv təkliflərdən uzaq böhtan xarakterli əsassız (dezinformasiya) şaiələr yayan tələbələrin təhsil haqqı ödəmələri bir daha bərpa olmamaq şərti ilə dayandırılacaq.

8.) Yuxarıda göstərilən kriteriyalara cavab verən tələbələrə hər semestrin təhsil haqqı tam həcmdə və bir dəfə olmaqla:

a. Bakalavr pilləsinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 8 semestr üzrə (4 təhsil ili ərzində),

b. Bakalavr pilləsinə “1+4” proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 10 semestr üzrə (5 təhsil ili ərzində),

c. Tibb universitetinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 12 semestr üzrə (6 təhsil ili ərzində),

d. Tibb universitetinə “1+4” proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 14 semestr (7 təhsil ili ərzində) üçün ödəmə ediləcək.

9.) 2022-2023-cü tədris ilindən etibarən təhsil haqqı ödəmələri üçün müraciətlər elektron formada müvafiq internet saytı vasitəsilə qəbul ediləcək. Bununla əlaqədar əlavə məlumat sonrakı günlərdə veriləcək.

10.) Vahid Milli İmtahan mərkəzinin təşkil etdiyi Qrant Müsabiqəsində nəticə göstərmiş tələbələrə imtahan xərclərinin kompensasiyası məqsədilə bir dəfəlik olmaq üzrə 100 lari məbləğində mükafat veriləcək.

11.)“1+4” programının optimallaşdırılması və effektivliyinin artırılması məqsədi ilə yuxarıda qeyd edilən kriteriyalar SOCAR tərəfindən hər il dəyişdirilə bilər.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina