Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Səfir Faiq Quliyev Bolnisidə Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə baş çəkib.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə baş çəkib.

Bu barədə səfirlikdən verilən məlumata əsasən, səfir 2021-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılan mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.

Direktor Rezo Həsənov məlumat verib ki, mərkəzdə soydaşlarımıza təmənnasız hüquqi yardım xidmətləri göstərilir və gürcü, ingilis dilləri kursları təşkil edilir.

Faiq Quliyev mərkəzin otaqlarına baş çəkib, mövcud şərait, tədris prosesi və hüquqi yardım prosedurları ilə maraqlanıb.

Soydaşlarımızın yığcam yaşadığı Bolnisidə bu cür təşkilatın fəaliyyətini müsbət qiymətəndirən səfir mərkəzə yeni nailiyyətlər arzulayıb. O, gələcəkdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində kursların sayının artırılacağına ümidvarlıq ifadə edib, təşkilatın gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıb. Rezo Həsənov bildirib ki, tezliklə Azərbaycan dili və ədəbiyyatı kurslarının təşkili planlaşdırılıb və bu məqsədlə artıq 35-dən çox şagird qeydiyyatdan keçib.

Mərkəzlə tanışlıqdan sonra Faiq Quliyev Bolnisini təmsil edən bir qrup ziyalı və gənc müəllimlərlə görüşüb. Görüşdə soydaşlarımızı təhsil sahəsində narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud çatışmazlıqlar və boşluqların aradan qaldırılması istiqamətində onların təklifləri dinlənilib.

Səfir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqı ilə Gürcüstanda yaşayan azərbaycanlılar üçün təhsil sahəsində Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihə və proqramlardan danışıb.

Görüşdə Gürcüstanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılmasının vacibliyi, azərbaycanlı gənclərin ali təhsil aldıqdan sonra işlə təminatı, azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, məktəb kitabxanalarının Azərbaycan dilində bədii ədəbiyyat kitabları ilə təminatı, gənc müəllimlərin orta təhsil müəssisələrinə cəlb olunmasının stimullaşdırılması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərin təşkili və digər məsələlər barədə geniş müzakirə aparılıb.

 

 

 

 

 

 

 

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina