Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DARVAZDA UŞAQ BAĞÇASI TİKİLƏCƏK

Bolnisi bələdiyyəsində yaşayan vətəndaşların Darvaz kəndində uşaq bağçasının tikintisi ilə bağlı verdiyi müraciətə müsbət cavab verilib.

 Bolnisi Meriyasının rəsmi "Facebook" səhifəsində Darvaz kəndi ilə birlikdə digər bir neçə kəndlərdə də məktəbəqədər təhsil müəssisəsinin tikiləcəyi bildirilib.

Bələdiyyənin açıqlamasında deyilir: "Bolnisi bələdiyyəsində yaşayan vətəndaşların Darvaz kəndində məktəbəqədər təhsil və təhsil müəssisəsinin yaradılması ilə bağlı verdiyi müraciətə cavab vermək istərdik.

Bolnisi Bələdiyyəsinin Meriyası vətəndaşların ehtiyaclarını ödəməyə xidmət edən bütün təşəbbüsləri alqışlayır. Biz sevinirik ki, vətəndaşlarımız yüksək vətəndaş mədəniyyəti nümayiş etdirir və öz səsini yerli hakimiyyət orqanlarına fəal şəkildə çatdırmağa çalışırlar.

Məktəbəqədər təhsil mərkəzi hökumət və yerli hakimiyyət orqanlarının mühüm prioritetlərindən biridir.

Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü və təsdiq etdiyi hökumət proqramı ilə bütün Gürcüstanda, o cümlədən bələdiyyəmizdə yeni uşaq bağçalarının tikintisi və mövcud bağçaların bərpası nəzərdə tutulur.

Bu proqram çərçivəsində yerli özünüidarəetmə orqanlarının mərkəzi dövlət orqanları ilə fəal əlaqəsi var, bir neçə ay əvvəl yeni uşaq bağçalarının salınacağı, mövcud binaların müasir standartlara uyğun abadlaşdırılacağı qəsəbələrin siyahısı dəqiqləşdirilib.

Yeni uşaq bağçası tikiləcək kəndlər:

➡️ Kazreti qəsəbəsi;

➡️ Naxiduri;

➡️ Talaveri;

➡️ Məmxuti;

➡️Rachisubani;

➡️ Darvaz;

 

Aşağıdakı kəndlərdə isə mövcud uşaq bağçaları bərpa olunacaq:

➡️ Kvemo Bolnisi;

➡️ Tandzia;

➡️ Kveshi;

 

Yeni və abadlaşdırılan uşaq bağçalarından ətraf kəndlərin sakinləri də yararlanacaqlar. Ehtiyac əsasında bağçaların tikilməsi prosesi gələcəkdə də Bolnisi bələdiyyəsi miqyasında davam etdiriləcək", - deyə Bolnisi bələdiyyəsinin açıqlamasında qeyd olunub.

 

Məlumat üçün bildirək ki, bir qrup təşəbbüskar gənc 15 noyabr tarixində, 652 vətəndaşın imzası ilə Darvaz kəndində uşaq bağçasının tikilməsi tələbi ilə Bolnisi Bələdiyyəsinə petisiya təqdim etmişdilər.

 

24News.ge

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina