Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Xarici ölkə vətəndaşlığı almaq istəyən şəxslər Gürcüstan vətəndaşlığını necə qoruya bilər?

Digər ölkənin vətəndaşlığını əldə etmək istəyən şəxslər buna paralel olaraq Gürcüstan vətəndaşlığını da qoruya bilərlər.

 Ədliyyə Nazirliyinin məlumatına görə Gürcüstan vətəndaşlığı olan və buna paralel olaraq xarici ölkə vətəndaşlığını əldə etmək istəyən vətəndaşlar bununla bağlı rəsmi şəkildə Gürcüstan hökumətinə müraciət etməli və rəsmi razılıq almalıdır. Başqa ölkənin vətəndaşlığını aldıqda, Gürcüstan vətəndaşının gələcəkdə Gürcüstanla əlaqəsi etibarlı hesab edilərsə, Gürcüstan vətəndaşlığının saxlanmasına razılıq verilə bilər.

Vətəndaşlığın saxlanması məsələsinə baxarkən Vətəndaşlıq Komissiyası aşağıdakıları nəzərə ala bilər:

1.) Şəxsin Gürcüstanla münasibətlərini qiymətləndirməyə imkan verən bioqrafik arayışlar;

2.) Gürcüstanda daşınmaz əmlaka sahib olmaq;

3.) Gürcüstanda müəyyən sahədə fəaliyyət göstərmək;

4.) Ailə üzvlərinin Gürcüstanla hüquqi münasibətlərinin mövcud olması;

Bildirilir ki, Gürcüstan vətəndaşlığı ilə yanaşı, anadangəlmə başqa ölkənin vətəndaşlığını almış yetkinlik yaşına çatmayan şəxsin anadan olduğu andan 18 yaşına çatana qədər Gürcüstan vətəndaşlığı saxlanılır.

Yetkinlik yaşına çatmayan şəxsin vətəndaşlığının saxlanması üçün göstərilən müddət ərzində ərizə vermədiyi təqdirdə, onun Gürcüstan vətəndaşlığına (18 yaşına çatdıqdan sonra) xitam verilir. 

Məlumat üçün onu da bildirək ki, yetkinlik yaşına çatmayanların Gürcüstan vətəndaşlığının saxlanmasına valideynlərin və ya onun qanuni nümayəndəsinin ərizəsi əsasında icazə verilir.

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina