Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda ev və əmlaklar sürətlə bahalaşır – TBİLİSİDƏ QİYMƏTLƏR REKORD VURDU

2022-ci ilin oktyabrında Tbilisidə mənzillərin alış-satış ilə bağlı əməliyyatların həcmi 34%, qiymətlər isə 27% artıb. 

 Artıq Gürcüstan paytaxtında mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1000 dolları keçib və 1040 dollar təşkil edir. 

TBC Capital bankının məlumatına görə, Gürcüstana miqrantların axını (Rusiya və Ukraynadan) Tbilisidə icarə qiymətlərini də yüksəldib. Təkcə sentyabrdla müqayisədə oktyabrda Tbilisidə mənzillərin icarə qiyməti 25%, son bir ildə isə 120% və ya 2 dəfədən çox artıb. 

İcarə qiymətinin artımı mənzillərin satış qiymətinin artımını üstələdiyinə görə, hazırda Tbilisidə mənzillərin icarə baxımından gəlirliliyi 13%-ə yüksəlib. 

Təkcə oktyabrda Tbilisidə 784 yeni mənzil satılıb – ötən ilin eyni dövründən 28% artıqdır. Köhnə mənzillərin satışı isə 35% artıb. 

Bu dövrdə Tbilisinin əmla alışı baxımından ən «dəbdə olan» rayonları Çuqureti (satışlar 78% artıb), Krsanisi (59% artıb) və İsani olub (58%). Məşhur Mtasminda rayonunda isə əksinə, satışlar 9% aşağı düşüb. 

Qiymət artımı isə ən çox Mtasminda (+38%), Saburtalo (+35%) və Nadzaladevi (+23%) rayonlarında baş verib. 

Oktyabrda Tbilisinin bəzi rayonlarında əmlakların icarə gəlirliyi rekord həddə çatıb. Belə ki, Didi Diqomi rayonunda bu göstərici (18,9%), Qldanidə  (16,3%) və Samqoridə (16%) təşkil edib. 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina