Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TÜRKİYƏYƏ YARDIM KAMPANİYASI

Əziz Eloğlular, Dəyərli Darvazlılar!

Qardaş Türkiyə Respublikasında baş vermiş güclü zərzələ ilə bağlı Darvaz kəndində yardım aksiyası keçirilir.  

Türk Dünyasının bir parçası olaraq biz Darvazlılar Türkiyənin zor zamanın dəstək olmağı özümüzdə borc bilirik.

Yardımlar Darvaz kəndinin mərkəzində məsciddə toplanacaq.

Ölkə xaricindəki eloğlularımız kampaniyaya aşağıda qeyd olunan bank hesabına pul köçürməklə dəstək ola bilərlər. Şəffaflığın təmin olunması məqsədilə pul köçürənlər qəbzin şəklini Darvaz.com FB səhifəsində paylaşa bilər və ya aşağıda qeyd olunan əlaqə nömrəsinə Whatsapp vasitəsilə göndərə bilər. 

Əlaqə Nömrəsi : +995 555 77 27 79 Məmmədov Şərif

 

Əziz Eloğlular, sizdən xahiş edirik, gətirdiyiniz əşyalar, geyimlər istifadə edilməmiş, yeni əşyalar olsun. Şərt deyil ki, üzərində etiket olsun, amma bir corab olsun, istifadə edilməmiş olsun. Həddən artıq çox yardımın gətirildiyini nəzərə alaraq, Türkiyə səfirliyi kampaniya çərçivəsində yalnız və yalnız yeni geyimlərin, əşyaların qəbul edilməsi barədə qəti tapşırıq verib.

 

Yardım siyahısında aşağıdakı əşyalar var:

Geyimlər:

Palto, gödəkcə;

Sukeçirməz gödəkcə;

Uzunboğaz çəkmə;

Sviter,

Şalvar,

Əlcək,

Şərf, papaq;

Corab;

Alt geyimləri;

Digər ləvazimatlar:

Çadır;

Yataq;

Döşək (çadır üçün);

Adyal;

Yuxu kisəsi;

Qaz balonları, soba tipli;

Termos;

Əl fənəri;

Poverbank;

Generatorlar;

Qida konservləri;

Uşaq yeməkləri;

Uşaq bezləri;

Təmizlik və gigiyena vasitələri.

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina