Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏBRİK EDİRİK!

Fadil Fərrux oğlu Aslanov 1993-cü il fevralın 21-də Bakı şəhərində anadan olub. Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir. 

Fadil 1999-2010-cu illərdə  Bakının   Nizami rayonundakı 70 saylı pilot lisey-məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra Bakıdakı Maliyyə-iqtisad kollecinin statistika fakültəsinə daxil olub.

O, 2011-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb, 2012-ci ilin oktyabrında xidmətini başa vurub.

Fadil Aslanov 2016-cı ildə “Azərişıq” ASC-də   əmək fəaliyyətinə başlayıb, cəbhəyə yola düşənədək “Azərişıq” ASC-nin Maştağa Elektrik Təchizatı və Satışı İdarəsində nəzarətçi-mühəndis vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 21-də orduya səfərbər olunub, sentyabrın 27-də II Qarabağ müharibəsi başladığı gündən ön cəbhədə şücaətlə vuruşub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd ugurunda döyüşlərdə, eləcə də Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra təhsilini davam etdirmək məqsədi ilə Qərbi Kaspi Universitetinin Dövlət bələdiyyə idarəetmə fakültəsinə daxil olub.

O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 

Fadil Aslanov 2023-cü ilin fevralında – Gənclər günü ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülüb, Fəxri diplom və döş nişanı ilə təltif olunub.

Eloğlumuzu təbrik edir və daha böyük uğurlar arzulayırıq.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina