Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏBRİK EDİRİK! RƏŞİD HACIYEV – 70!

 

Fevralın 20-də hörmətli eloğlumuz  Rəşid Muxtar oğlu Hacıyevin 70 yaşı tamam olur. Uzun illər Bakıda hüquq-mühafizə sistemində çalışmış Rəşid Muxtar oğlu həm də bədii yaradıcılıqla məşğul olur, həzin qəlbinin kövrək pıçıltılarının sözün bədii qüdrətinə söykənərək misra-misra düzüb Rəşid Hacılar imzasıya oxucularına çatdırır. Bu özəl günü – 70 illik yubileyi münasibəti ilə dəyərli eloğlumuzu Darvaz.com adından təbrik edir, ona uzun və sağlıqlı ömür arzulayırıq.

P.S. Düşündük ki, dəyərli eloğlumuzu bu günlərdə özünün 70 yaşına yazdığı şeirlə təbrik etmək tərəfimizdən ən yaxşı hədiyyə olar.   

 

 

MÜBARƏK OLSUN

 

Bir qış səhərində gəldim dünyaya,

Göz açdım işığa, Günəşə, Aya,

Vuruldum torpağa, qarışdım çaya,

Dedilər, gəlişin mübarək olsun.

 

Gəldiyim ilk gündən sevdim,sevildim,

Haqqı-ədaləti baş tacı bildim,

Ağsaqqala, ağbirçəyə əyildim,

Dedilər, vərdişin mübarək olsun.

 

Vətən sevdim, torpaq dedim, yar andım,

Mən torpaqdan toxum kimi yarandım,

Namərdlər önündə məğrur dayandım,

Dedilər, duruşun mübarək olsun.

 

Mən öz taleyimi belə yaşadım,

Həsr etdim obaya, elə, yaşadım,

Bir gün, xatirəyə dönəndə adım,

Deyərlər, keçmişin mübarək olsun.

 

Dünyaya gəlişim yalan olmadı,

Qurdla qiyamətə qalan olmadı,

Bir zaman gəlişim mübarək idi,

Bir gün də gedişim mübarək olsun,

Ay Rəşid, 70-in mübarək olsun.

 

                       Rəşid HACILAR

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina