Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Bolnisidə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar mərasim keçirilib.

Tədbir ilk öncə Xocalı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

İlk öncə çıxış edən mərkəzin direktoru Rezo Həsənov, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Daha sonra XX əsrin ən böyük qətliyamanlarından biri olan Xocalı soyqırımı ilə əlaqdar idarə heyəti qonaqlara, mərkəzin gənclərinə geniş məlumat veriblər.

XX əsrin ən böyük qətliyamanlarından biri olan Xocalı soyqırımı haqqında mərkəzin rəhbərliyi mərasim iştirakçılarına və mərkəzin gənclərinə amansız qətliyam haqqında dolğun məlumat verərək bildiriblər ki, bütün dünyada yaşayan azərbaycanlılar Xocalıda 1992-ci ilin 26 fevralında yaşananları qətiyətlə pisləyir və səbəbkarların cəzalandırılmasını tələb edirlər.

Mərasimdə çıxış edən digər dəvətillər, müəllimlər və gənclər bu faciənin bəşəriyyət üçün böyük bir üz qarası olduğunu və düşmənin silahsız, əliyalın qocalara, qadınlara və uşaqlara qarşı törətdiyi amansızlıqlar haqqında söz açıblar.

Mərkəzin gəncləri bu hadisənin onlarında yaddaşında böyük bir kədər izi buraxdığını və bu soyqırımı unutmayacaqlarını və unutdurmayacaqlarına bildiriblər.

Sonda isə bir daha qətlə yetirilənlərin ailələrinə Allahdan rəhmət yaxınlarına, dostlarına isə səbr dilənib.

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina