Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tbilisidə darvazlı alim Mədət Çobanovun xatirəsi anılıb

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində azərbaycanlı türkoloq alim, Nyu-York Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Mədət Çobanovun xatirəsinə həsr olunmuş mərasim keçirilib. Əvvəlcə alimin xatirəsi anılıb, ruhuna dualar oxunub.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı və qafqaztruk.com portalının informasiya dəstəyi ilə keçirilən tədbirdə Azərbaycandan və Gürcüstanın bölgələrindən gəlmiş elm, mədəniyyət xadimləri, M.Çobanovun ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq, M.Çobnovun həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra GAK sədri Hüseyn Yusubov çıxış edərək bildirib ki, M.Çobanov Azərbaycanda çalışıb, Gürcüstan Azərbaycanlıları Konqresinin üzvü və əsil vətənpərvər olub. Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının özəlliklərinin qorunub saxlanılması, inkişafı alimin yaradıcılığının əsas xəttini təşkil edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov M.Çobanov barədə fikirlərini bölüşüb, alimin

anım mərsiminin təşkilinə görə GAK rəhbərliyinə minnətdarlıq edib. Səfirliyin hər zaman soydaşların yanında olduğunu diqqətə çatdırıb.

Bolnisi rayonunun Arif Əliyev adına Faxralı kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, qafqazturk.com portalının əməkdaşı Fatma Əliyevaya məruzə ilə çıxış edib. Bildirib ki, professor Mədəd Çobanov Azərbaycan Dilçilik elminə xeyli yeniliklər gətirib.

O, Gürcüstan əsilli alimlərin, ziyalıların Azərbaycan və dünya elminə, ədəbiyyatına, mədəniyyətinə verdikləri töhfələrdən danışıb. Bu alimlər içərisində M.Çobanovun xüsusi yeri və mövqeyi olduğunu diqqətə çatdırıb.

M.Çobanovun tələbə yoldaşı yazıçı-publisist Əli Abbas, alimin tələbəsi, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Kvemo Kartlidəki nümayəndəsi, “Təhsil” qəzetinin təsisçisi Abay Paşayev, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbində M.Çobanovla bərabər çalışmış şair Nizami Saraçlı alim haqqında xatirələrini bölüşüblər.

Sonra iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Növrəstə Həsənova, GAK-ın Qardabani təmsilçisi Lətif Əhmədov, Bolnisi - Kəpənəkçi təmsilçisi Çingizxan Yaqubov, “Gürcüstan” qəzetinin xüsusi müxbiri, şair Bəhram Mehdi və başqaları çıxış edib, alimin həyat və yaradıcılığının müxtəlif sahələrinə dair fikirlərini bölüşüblər.

Tədbirdə şair Səadət Buta M.Çobanova həsr etdiyi şeirini söyləyib.

M. Çobanovun qızı Təranə Çobanova və kürəkəni Vaqif Bayramov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.

 
 
 
 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

 

Tbilisi, 23 iyul, AZƏRTAC

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina