Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Musa Nəbioğlunun "DARVAZ" kitabı işıq üzü görüb

Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb.

AAY-dən AZƏRTAC-a bildirilib ki, müəllifin uzunillik zəhmətinin bəhrəsi olan “Darvaz” adlı bu kitabda Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndi haqqında tarixi-etnoqrafik oçerklər və folklor araşdırmaları yer alıb. “Bakı mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatda işıq üzü görən 32,5 çap vərəqi həcmli kitabda, eyni zamanda təkcə Borçalıda deyil, bütövlükdə Gürcüstanda ən böyük kəndlərdən biri olan Darvaz kəndinin tarixi simaları, Azərbaycan elminə və mədəniyyətinə samballı töhfələr bəxş etmiş elm və sənət adamları, görkəmli maarif və səhiyyə işçiləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid və qazi olmuş darvazlılar haqqında öçerklər və digər publisistik yazılara da geniş yer ayrılıb.

Bir kəndə həsr olunsa da, kitab Gürcüstanda yaşayan soydaşlarımızın tarixi, adət-ənənəsi və folklorunun öyrənilməsi baxımından qiymətli nəşrdir və geniş oxucu kütləsi ilə yanaşı, müvafiq elm sahələrinin mütəxəssisləri üçün də əhəmiyyətlidir.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina