Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Borçalıdan Şuşaya gedən yol” kitabının ikinci hissəsi çap olunub

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb.

“Borçalıdan Şuşaya gedən yol” (II kitab) adlı bu kitab 2020-ci ilin payızında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə şərəflə vuruşaraq şəhid və qazi olmuş Borçalı əsilli soydaşlarımızdan bəhs edən eyniadlı kitabın ikinci hissəsidir.

Kitabda əsasən Birinci Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan, döyüşlərdə itgin düşən Borçalı əsilli cəsur döyüşçülərdən və bu gün müharibə veteranı kimi şərəfli bir ad daşıyanlardan söhbət açılır. Burada, eyni zamanda, 44 günlük müharibənin iştirakçısı olmuş və müəyyən səbəblərdən birinci kitabda barələrində məlumat verilməyənlərə də yer ayrılıb. Kitabda haqqında söhbət açılanlardan üç nəfər Azərbaycanın Milli Qəhrəmanı, 40 nəfər isə şəhidlik zirvəsinə ucalanlardır.

Kitabın redaktoru polkovnik Elşad Həsənov, məsləhətçi isə polkovnik Telman Budaqovdur.

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina