Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanın Çaladidi kəndində 28 nəfəri xilas edən Rahib Məmmədovun abidəsinin açılışı olub

 

Xobi bələdiyyəsinin Çaladidi kəndində 28 nəfəri seldən xilas edən Rahib Məmmədovun abidəsinin əsaslı təmirdən sonra açılışı, həmçinin ona həsr edilmiş "19 yaşlı xilaskar" adlı sənədli filmin təqdimatı olub.

Xobi rayonunda keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, Azərbaycan və Türkiyənin Batumidəki konsulları, Gürcüstanın regional dövlət rəsmiləri, azərbaycanlı icmasının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Faiq Quliyev Rahib Məmmədovun adının və xatirəsinin hər zaman Gürcüstanda yaşadılacağını bildirib.

O qeyd edib ki, qəhrəmanlarımız Azərbaycan-Gürcüstan əlaqələrinin təməlinin qoyulmasında böyük rol oynayıblar.

Faiq Quliyev Azərbaycan dövlətinin hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini, Gürcüstan dövləti və xalqının da 30 il ərzində Azərbaycana hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb.

Diplomat Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Ağdamın minalanmış ərazilərinin xəritəsinin Azərbaycana təhvil verildiyini xatırladıb.

Sənədli filmin rejissoru Elnur Vəlizadə bildirib ki, film hazırlanarkən daha əvvəl Çaladidi kəndində Rahib Məmmədovun adına küçə olduğu, lakin sonradan küçənin adının dəyişdirildiyi məlum olub.

Daha sonra Rahib Məmmədovun Çaladidi kəndindəki Qəhrəmanlar meydanında yerləşən abidəsinin əsaslı təmirdən sonra açılışı olub.

Tədbirdə Çaladidi kənd məktəbinin direktoru Nana Kartsidze bildirib ki, sovet illərində kənd məktəbinə Rahib Məmmədovun adı verilib, lakin 90-cı illərin əvvəllərində Gürcüstandakı mürəkkəb vəziyyət zamanı ad götürülüb. Direktor Rahib Məmmədovun adının qaytarılması üçün məktəb kollektivinin əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, Rahib Məmmədova həsr edilmiş sənədli film və onun abidəsinin əsaslı təmiri SOCAR-ın Kulevi neft terminalının dəstəyi ilə baş tutub.

Məlumat üçün bildirək ki, Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir. Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur.

 

 

 

 

 

 

 

 

 

https://24news.ge/

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina