Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib

Gürcüstanda vətəndaşların inşa etdirdikləri fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib.

Bununla bağlı Gürcüstan hökuməti müvafiq qərar qəbul edib.

Qərarda deyilir ki, tikinti amnistiyası 2024-cü il yanvarın 1-dək fiziki şəxsə məxsus torpaq sahəsində yerləşən, qanunsuz fərdi tikililərə şamil ediləcək.

Ədliyyə naziri Rati Breqadze jurnalistlərə müsahibəsində deyib ki, tikinti amnistiyası bir milyondan çox insanı əhatə edəcək.

Onun sözlərinə görə, Gürcüstanda kütləvi şəkildə qanunsuz fərdi yaşayış evləri tikilir. Məhz buna görə də dövlət reyestrinin yeni çıxarışlarında torpaq sahəsində tikinti sənədləri olmayan tikililərin olması qeyd olunur: “Mövcud vəziyyət müvafiq olaraq həmin obyektlərin tam olaraq dövlət qeydiyyatına alınmasının mümkünsüzlüyünü göstərir. Mülkiyyət hüquqlarını tam təmin etmək, habelə qanunsuz tikintidən yaranan riskləri birdəfəlik aradan qaldırmaq üçün Baş nazirin təşəbbüsü ilə parlamentə təqdim olunacaq amnistiya layihəsi hazırlamışıq”.

Nazir deyib ki, layihə 2024-cü il yanvarın 1-dək fiziki şəxsə məxsus torpaq sahəsində, tikinti sənədləri olmayan tikililərə şamil ediləcək. Həmçinin, belə evlərdə yaşayan insanların artıq leqallaşdırmanın mürəkkəb prosedurundan keçməsinə ehtiyac qalmayacaq və tikililər isə artıq cərimə və ya sökülmək riski daşımayacaq.

“Təşəbbüs bir milyondan çox insanı əhatə edəcək. Ümid edirik ki, bu problem aradan qaldırıldıqdan sonra qanunsuz tikililərlə bağlı bütün çətinliklərə son qoyulacaq və 2024-cü il yanvarın 1-dən Gürcüstanda istənilən fərdi ev qanuni şəkildə tikiləcək”, – deyə Rati Breqadze bildirib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina