Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Valeh Hacıların anım günüdür

Bu gün İ.Çavçavadze adına Tiflis Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Valeh Hacıların anım günüdür (Valeh Əlipaşa oğlu Hacıyev; 15.04.1951, Darvaz,  Borçalı – 23.01.2010,  Tiflis).
Valeh Hacılar ali təhsilini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki  BSU-da) alıb (1968–1973).
1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar ittifaqlarının zəmanətləri ilə Tiflis Dövlət Pedaqoji İnstitutuna (TDPİ) işə göndərilib.
1985-ci ildə filologiya elmləri namizədi, 1993-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilib.
Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlərdən olan Valeh Hacılar, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.
Onun 20-yə yaxın kitabı gün üzü görüb.
Valeh Hacılar gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin başqanı olub.
58 yaşında vəfat edən görkəmli alim öz vəsiyyətinə uyğun olaraq, doğma Darvaz kəndində torpağa tapşırılıb.
Ruhu şad olsun!

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina