Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda Xocalı Soyqırımı ilə əlaqədar bir çox quruma çağırış ünvanlanıb

"Azərbaycan Evi"nin təşəbbüsü ilə, Xocalı Soyqırımının 32-ci il dönümü ilə əlaqədar Gürcüstandakı Azərbaycanlı icması adından ölkənin Baş Nazirinə, Prezidentə, Parlament və Xarici işlər nazirliyinə, Ombdusman aparatına, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik korpusları olan ABŞ-ın, Fransanın və Niderlandın Gürcüstandakı Səfirliklərinə, eləcə də, BMT-nin və Avropa Şurasının Tbilisi ofislərinə, UNİCEF-ə, ATƏT və digər beynəlxalq qurumlara çağırış ünvanlanıb.
Mətbuata açıqlama verən "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov bildirib ki, tərəfmizdən qəbul olunan bəyanata Gürcüstanda fəaliyyət göstərən 50-dən çox Qeyri hökumət təşkilatları və 10 dan çox ölkənin ictimai-siyasi və din xadimləri qoşulublar.
M. İmanov bildirib ki, bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan Respublikası tərəfindən Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törədilən qətliama Soyqırım aktı kimi qəbul edilərək qiymət verilməsini tələb edirik. O qeyd edib ki, Azərbaycan xalqının hər zaman bölgədə sülhün və əmin amanlığın tərəfdarı olduğunu bildirib. İnsanlığa qarşı törədilən qətliamların əleyhinə olaraq, eyni zamanda Ermənistan Respublikasına bölgədə sülhün bərqarar olması üçün çağırış edilib.
Sözügedən çağırış bəyanatını sizə təqdim edirik:
Çağırış bəyanatında deyilir: Biz, Gürcüstanda yaşayan azərbaycanlılar milli vətənimiz - Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq olan Xocalı soyqırımı ilə bağlı
Sizə çağırış edirik.
XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki, düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7 min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər.
Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində
- 8 ailə tamamilə məhv edilmişdir;
- 56 insan xüsusi ilə ağır işgəncələrlə öldürülmüşdür;
- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideynlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını itirmişdir;
- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
- 1275 insan əsir götürülmüşdür;
- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisliklərə son qoyulmalıdır.
Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanmış və tanınmışdır. Bu vaxtadək Çex Respublikası, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul etmişdir.
Bununla da vətənimiz Gürcüstanın aidiyyatı qurumlarına müraciətimizin nəzərə alınmasına böyük ümid bəsləyirik. Azərbaycan əsilli vətəndaşlar ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında, istənilən seçkilərdə fəal iştirak edir, siyasi baxışlarına görə öz namizədlərini seçir və dəstəkləyir. Vətənimiz Gürcüstanın inkişafına bütün qüvvəmizlə xidmət edirik.
Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi, Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Bu müzakirə, mandatı bitəcək parlament tərəfindən ədalət naminə sülh qərarı olacaqdır.
Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız.
İnanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını alacaqdır.
Biz, artıq “Terrora yox” şüarı ilə deyil “Dünyada sülh və barış” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik.
Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə addım atsın".
Sözügedən çağırış bəyanatına imza atan təşkilat və şəxsləri aşağıda sizə təqdim edirik:
- Gürcüstandakı Azərbaycan Evi
- Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi
- “AZEBİ” Azərbaycanlı İş Adamaları Birliyi
- Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası
- Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
- “QANUN” Hüquqi Yardım Mərkəzi
- “ALYANS” Gənclər Mərkəzi
- Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Asossiyasiyası
- Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi
- Qardabani İnteqrasiya və Təhsil Mərkəzi
- “VARLIQ” Mədəniyyət Mərkəzi
- “QEYRƏT” Xalq Hərakatı
- Gürcüstanın Lider Media Təşkilatı
- Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi
- Gürcüstan Azərbaycanlıları Konqresi
- Təmiz Xəbər Media Təşkilatı
- Elmi Araşdırmalar Asossiyasiyası
- “SALAM” Mədəni Xeyriyyə Cəmiyyəti
- Gürcüstanın Azərbaycanlı Jurnalistləri Birliyi
- “UNİON” Gənclər Təşkilatı
- Yenidən Qurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz”
- Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan Nümayəndəliyi
- Gürcüstanda Yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi
- Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi
- “SARVAN” Folklor Ansambılı
- Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyası
- Marneuli Gənclər Mərkəzi
- Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı
- Borçalı İrəli İctimai Birliyi
- Rustavi Azərbaycanlılarının İctimai Təşkilatı
- Azərbaycanlıların Mədəniyyət Mərkəzi
- Bolnisi Mədəniyyət Mərkəzi
- M.F Axundzadə adına Mədəniyyət Asossiyasiyası
- Gürcüstan İslam Araşdırmaları Mərkəzi
- Borçalı İş Adamaları Birliyi
- Gürcüstan Həmrəylik Hərəkatı
- Gürcüstan Azərbaycanlılarının Gənclər Forumu
- MAARİF-in Hüquqi, Elmi Metodiki Maarfiləndirmə Mərkəzi İttifaqı
- Böyük Birlik Təşkilatı
- Əhli-beyt Cəmiyyəti
- Qarayazı Dirçəliş İttifaqı
- Cəmiyyətin və Təhsilin İnkişafı üçün Vətəndaş Birliyi
- Sadaxlı Mədəniyyət Mərkəzi
- Rustavi Azərbaycanlılarının İctmai Birliyi
- Əmin Xeyriyyə Fondu
- Əhli-beyt Aşiqləri Forumu
- Günəş Qəzetinin Redaksiyası
- MAARİF Jurnal Qəzetinin Redaksiyası
- Ziya Qəzetinin Redaksiyası
- Loğman Təşkilatı
- Yaradıcı Gənclər Akademiyası
- “Dalğa Tv” internet portalı
Bəyanata imza atan ictimai-siyasi və dini xadimlər:
- Şeyx hacı Faiq Nəbiyev
- Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayət Hüseynov
- Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz Bəkirov
- Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev
- Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov
- Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev
- Gürcüstan Parlamentinin keçmiş deputatı Əli Məmmədov
- Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov
- Professor Mahmud Kamaloğlu
- İmam Əli Məscidinin axundu Hacı Hacıyev
- İmam Hüseyn Məscidinin axundu hacı Əziz Nəbiyev
 
 
 
 
 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina