Bakının Suraxanı rayonundakı S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi İbrahim Faiq oğlu Namazov may ayının 28-29-da Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb.
Bu günlərdə isə İbrahim daha bir uğura imza atıb – 2024-cü il iyun ayının 25-də “GLOBAL ROUND OF FİSO”-nun təşkilatçılığı ilə Dubayda keçirilən Dünya Riyaziyyat Olimpiadasında ən yüksək nəticə göstərərək Diamond – brilyant mükafatına layiq görülüb.
Yeniyetmə eloğlumuzu qazandığı bu böyük uğurlar münasibəti ilə təbrik edir, daha böyük uğurlar arzulayırıq.
Darvaz.com