Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Komitə rəhbəri Gürcüstanda olan Azərbaycan Evləri ilə bağlı danışıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müsahibəsində xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə təbliğatlara qarşı hansı işlərin görüldüyü və rəhbərlik etdiyi qurumun fəaliyyət mexanizmi ilə bağlı sualları cavablandırıb.

Komitə rəhbəri hazırda 15 ölkədə 29 Azərbaycan evinin fəaliyyət göstərdiyini bildirib.

O, müsahibəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan evlərinə də diqqət çəkib:

"Bəli, Azərbaycan evlərinin fəaliyyətində müəyyən dönüş yaratmaq istəyirik. Daha çox Azərbaycan evinin açılmasını planlaşdırırıq. Artıq bir neçə ölkədə bu prosesin icrasını başa çatdırmışıq. Yaxın zamanda Çexiya və İraqda Azərbaycan evi açmağı planlaşdırırıq. Bu istiqamətdə bir neçə ölkə ilə də müzakirə aparılır. Həmçinin bəzi Azərbaycan evlərini də təkmilləşdirəcəyik. Bəzi ölkələrdəki müsbət təcrübəmizi biz digər ölkələrə daşıyırıq. Məsələn, Gürcüstanda 21 kateqoriya üzrə Azərbaycan evi fəaliyyət göstərir. Bunların içərisində hüquqi yardım da var. Amma elə ölkələr var ki, orada buna ehtiyac yoxdur, ona görə tətbiq etmirik. Erməni diasporuna gəldikdə isə onların son illərdəki fəaliyyətinə baxsanız, görərsiniz ki, bizim tədbirlərimizi birəbir təkrarlayırlar", - deyə Fuad Muradov qeyd edib.

O həmçinin qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi hansısa yeni bir təşkilatın yaranması ilə məşğul olmur. Komitə təşəbbüsləri dəstəkləyir və əgər insanlar təşkilatlanmaq istəyirlərsə, onlara təşkilatlandıqdan sonra dəstək göstərilir.

 

www.24news.ge

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina