Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Bolnisidə ustad aşığın xatirəsi yad edilmişdir

 

alt

 

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Saraclı kəndində məşhur aşıq Hüseyn Saraclının ənənəvi 27-ci anım günü qeyd olunmuşdur. Mərasim iştirakçıları kənd qəbiristanlığında aşığın məzarını ziyarət etmiş, ustadın 13-cü şagirdi Kövrək Murad ustad ləngərində layiqli ifaları ilə çıxış etmişdir. Sonra mərasim ustadın kəndin mərkəzindəki büstü önündə davam etdirilmişdir. Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu ustadın ömür yolu barədə ətraflı danışmışdır. Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu qurumun rəhbəri, Xalq Şairi Zəlimxan Yaqubun xoş arzularını iştirakçılara çatdırmış, iki ildən sonra 100 illik yubileyi tamam olacaq, türk dünyasının azman sənətkarı Hüseyn Saraclı irsinin gələcək nəslə çatdırılması üçün yeni nəşrlərin hazırlanması istiqamətində tədbirlər planının tərtib edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Gürcüstanın “Şərəf” ordeni kavaleri şair Nizami Saraclı aşıq Hüseynin bir kənd məkanından çıxaraq böyük bir türk eli məkanını belə aşdığını vurğulamış, onun yüksək peşəkarlığından danışmışdır. Tədbirə öz arzusu ilə qoşulmuş Marneuli rayonundakı Sadaxlı 2 nömrəli məktəbin 4-cü sinif şagirdi Canan Məmmədova, Saraclı məktəbinin 7-ci sinif şagirdləri Kənan Çobanov, Elnarə Musayeva, Göyçək Bayramova, Nahadə Çobanova Hüseyn Saraclıya həsr olunmuş şeirləri səsləndirmişlər. Qocaman şairlərdən Bəhram Mehdi, Dünyamalı Kərəm, Saraclı məktəbinin müəllimi Osman Osmanov, jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu, Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynli, şairlərdən Zahid Ələmpaşalı, Çoban Rəşid, Şövkət Dağlarqızı və başqaları ustadla bağlı xatirələrindən danışmışlar. Məclis Aşıq Aslan Kosalı, Məhəmməd Sadaxlı, Xan Kamandarın yadigarı Elşad Əfəndiyev, ifaları insanları məftun etmiş Şahbaz Göycəoğlu, gənc aşıq Məsim və başqalarının çıxışları ilə davam etdirilmişdir. Tədbir ustadın həmyerlisi Süleyman Çobanovun təşkilatçılığı ilə baş tutmuş və o, 27 il öncə “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Əfəndinin təşəbbüsü ilə başlanmış bu mərasimin indiyədək davam etməsindən məmnun olduğunu bildirmiş, Hüseyn Saraclının bir elin deyil, bir dünyanın sənətkarı olduğunu vurğulamışdır. Ustadın yadigarı Əli Hüseynoğlu atasının xatirəsini əziz tutanlara ailəsi adından minnətdarlıq etmişdir.  

İslam Əliyev

 AzərTAc-ın xüsusi müxbiri Tbilisi  

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina