Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanlı tələbələr Tiflisdə ermənilərin Şuşanın işğal gününü bayram etməsinə qarşı etiraz aksiyası keçirib

Bu gün Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiasiyası (GATA) Gürcüstan xarici işlər nazirliyinin qarşısında ermənilərin Tiflisdə keçirdiyi konsertə qarşı etiraz aksiyası keçiriblər.

Aksiyada 30 nəfərədək gürcü və azərbaycanlı tələbə iştirak edib. Gürcüstan xarici işlər nazirliyinin binası önünə toplaşan tələbələr “Azərbaycan və Gürcüstan birdir”, “Qarabağa uzanan əllər məhv olsun!”, “Təxribata yox deyək!” və digər şüarlar səsləndiriblər.

 GATA-nın sədri Samirə İsmayılova  açıqlamasında Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzi Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək istəyinin açıq səma altında baş tutduğunu bildirib. O,  10 nəfər azərbaycanlı tələbə ilə həmin konsertin baş tutduğu Hallavar ərazisinə getdiklərini bildirib: “Tədbir  Hallavar ərazisindəki kilsənin yanında keçirilib. Qarabağ və Şuşa haqqında şeirlər söylənilib, mahnılar ifa edilib, rəqslər nümayiş etdirlib və ermənilərin Tiflisdə fəaliyyət göstərən “Ceyran” rəqs ansamblı  bizim mahnıları və rəqslərimizi nümayiş etdiriblər.”

 Məlumata görə, tədbirdə Gürcüstan dövlətinin nümayəndələri iştirak etməyib. Dünən isə Gürcüstan dövləti ermənilərin 9 mayda keçirmək istədikləri konsertə razılıq verməyib.

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina