Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcü gəncləri Azərbaycana ekskursiya edəcəklər

Bu məqaləni qiymətləndir
(2 səs)

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi “Azərbaycan, Gürcüstan gəncliyinin gözü ilə” adlı ekskursiya təşkil edəcək. Bu haqda Mərkəzin Gənclər şöbəsinin müdiri, Gürcüstan Azərbaycanlı Gəncləri İttifaqının sədr müavini Nərgiz Əliyeva məlumat verib.
O deyib ki, ekskursiya Gürcüstanın və Azərbaycanın müstəqillik günlərinə (26-28 may) Azərbaycanın Respublika Gününə həsr olunub: “Layihə çərçivəsində Azərbaycanın şəhərlərinə və paytaxt Bakıya gürcü gənclərin ekskursiyası baş tutacaq. Həmçinin “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında gənclərin yeri və rolu” adlı konfrans və müzakirələr keçiriləcək. Ekskursiyada əsasən gürcü gənclər iştirak edəcəklər. Onlar ictimai həyatda fəallıq göstərən gənclər, jurnalistlər, tələbələrdir. Bu layihənin əsas məqsədi Gürcüstanda yaşayan gəncləri Azərbaycanla yaxından tanış edərək, tariximizi, mədəniyyətimizi onlara göstərməkdir. Layihədə iştirak edən gənclər Gürcüstana qayıtdıqdan sonra Azərbaycan haqqında təəssüratlarını dostları və tanışları arasında paylaşaraq xalqımızın tarixi, mədəniyyəti, təbiəti haqqında müsbət rəy yaradacaqlar.”


Fuad

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina