Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə bazarda güclü yanğın olub

Bu məqaləni qiymətləndir
(0 səs)

Tiflisdə bazarda güclü yanğın olub, azərbaycanlı sahibkarlara ciddi ziyan dəyib

Tiflis şəhərində “8-ci polk” adlanan bazarın ərazisində yanğın baş verib.

Bazarda yerləşən boya sexində baş vermiş yanğını söndürmək üçün 18 yanğınsöndürən maşın cəlb edilib.

 Hadisə nəticəsində 800 kv.m-lik ərazi yanıb. Yanğın 1 saat ərzində söndürülüb, xəsarət alan olmayıb.

 Yanğın nəticəsində Tiflis şəhər sakini Əlixan Quliyev, Bolnisi rayon sakinləri Ziyadxan Həsənov, Teymuraz Məmmədov, Pərviz Cəfərov və başqalarının mallarına ciddi ziyan dəyib.

 Tiflis Fövqəladə Hallar Xidməti Departamentinin rəisi Temur Giorqadze  açıqlamasında bildirib ki, yanğın bazarın avtomobil ehtiyat hissələri satılan hissəsində baş verib. O qeyd edib ki, yanğın maşın yağları ilə dolu qutuların və aseton  şüşələrinin alışması nəticəsində baş verib.

 “Yanğın nəticəsində bazarda ehtiyat hissələri satılan azərbaycanlıların dükanlarına ciddi ziyan dəyib”, - deyə o vurğulayıb. 

 Hələlik yanğının baş vermə səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır.

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina