Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Gürcüstan Qarabağ müharibəsinə cəlb oluna bilər”

Gürcüstanlı eksperti Mamuka Areşidze hesab edir ki, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başlayacağı təqdirdə Gürcüstan mütləq müharibəyə cəlb olunacaq. Politoloq ötən müharibədə də analoji halın yaşandığını söyləyib. 
 
Onun sözlərinə görə, əvvəla, ölkə hər iki tərəfdən qaçqınlar qəbul eləməli olacaq: “Həmçinin, hər iki tərəfin Gürcüstan ərazisində diversiya törətmək istəyi unudulmamalıdır – azərbaycanlılar Ermənistana gedən qaz kəmərinə, ermənilər isə Gürcüstandan keçən kəmərlərə qarşı nəsə edə bilərlər. Bu qəbildən başqa fəallaşmalar da istisna deyil. Bundan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər arasında lokal münaqişələr mümkündür. Ən əsası, müharibə olarsa, regiondakı iqtisadi aktivliyə nöqtə qoyulacaq”.
 
Ekspertin fikrincə, Gürcüstan birbaşa və ya dolaysıyla konfliktə cəlb olunsa, rəsmi Tiflisə nəsə eləmək çətin olacaq. “Yeganə vasitəçilik rolunu yerinə yetirmək olar. Başlıcası, bu qarşıdurmanın kimə sərf elədiyini müəyyən etməkdir”, - deyə gürcü politoloq sonda vurğulayıb.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina