Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan Azərbaycana viza tətbiq etmir, amma…

Qonşu ölkə artıq Avropa qaydalarına keçir, üç aylıq müddət azərbaycanlılara da şamil olunacaq
Ekspert Azər Allahverənov iki ölkə arasında gediş-gəlişə problem yaranmayacağı qənaətindədir

 Həmvətənlərimizin fəsildən asılı olmayaraq ən çox üz tutduğu ölkələrdən biri də Gürcüstandır. Qonşu ölkədə məzuniyyət və ya tətil zamanı istirahətə gedənlərin sayı ilbəil artır. 2014-cü ilin statistikası hələ açıqlanmasa da, 2013-cü ilin göstəricilərinə görə,  yanvar-oktyabr aylarında Gürcüstana 456.110 nəfər səfər edib. Dekabr ayında bayram tətilində isə bu göstərici daha çox olub. 

 
Hal-hazırda isə Gürcüstan miqrasiya qanunvericiliyində bəzi islahatlar aparır. İyul ayında Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Georgi Tabatadze bildirib ki, sentyabrın 1-dən əcnəbilər 180 günlük zaman müddətində ölkədə üst-üstə 90 gün qala bilərlər. Bu o deməkdir ki, onlar istədikləri vaxt ölkəyə gələ və gedə bilərlər, ancaq qalma müddətləri 90 gündən artıq olmamalıdır.
 
Ekspert Azər Allahverənov məsələ ilə bağlı Bizimyol.info-ya bunun Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı olduğunu deyərək, Şengen zonasında da təxminən eyni normanın qüvvədə olduğunu bildirib. 
 
Yeni normaya görə, bu qayda Gürcüstana viza ilə və ya vizasız gəlməyindən asılı olmayaraq bütün əcnəbilərə şamil olunacaq. Tabatadzenin sözlərinə görə, Avropa Birliyi ölkələri, Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya vətəndaşları hələ ki, vizasız rejimdən istifadə edəcəklər. Lakin buna baxmayaraq, 180 günlük məhdudiyyət Azərbaycan üçün ilk dəfədir ki, tətbiq ediləcək. Yeni miqrasiya qanunvericiliyinə əsasən vizasız rejim yalnız qısamüddətli səfərlərə aiddir, uzunmüddətli səfər üçün isə əcnəbi vətəndaşlar viza almaq məcburiyyətindədirlər (iş, təhsillə bağlı). Bu vizanı əldə etmək üçün isə həmin şəxslər Gürcüstanın müvafiq ölkədəki, o cümlədən Azərbaycandakı konsulluğunda viza ala biləcəklər. 
 
Miqrasiya haqqında qanunvericilikdə edilən dəyişikliklərlə bağlı Gürcüstandakı Azərbaycan səfirliyi müraciət göndərib: "1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmiş Gürcüstanın "əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanununa əsasən ölkənin miqrasiya siyasətinə bir çox dəyişikliklər edilib. 
 
Artıq yeni normalara görə, qanunsuz formada 90 gündən artıq Gürcüstan ərazisində qalan şəxs 180 lari (təxminən 81 manat), 180 gündən çox qaldıqda isə 360 lari (təxminən 162 manat) məbləğındə cərimələnəcəkdir".
 
Ekspert A.Allahverənova görə, bu dəyişiklik təbii haldır: "Gürcüstan Avropa Birliyinə (AB) inteqrasiya yolunda istər-istəməz miqrasiya qanunvericiliyində təkmilləşdirmə istiqamətində də dəyişikliklər həyata keçirməlidir. Avropa üçün maraqlı olan odur ki, Gürcüstana gediş-gəliş Avropa Birliyində qəbul edilmiş prosedur qaydalarına əsasən həyata keçirilsin. Lakin faktiki olaraq yalnız Gürcüstanla deyil, AB həmçinin Azərbaycanla da miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlər aparır". 
 
Ekspert artıq sentyabrın 1-dən Şengen ölkələri ilə sadələşdirilmiş viza rejiminə keçildiyini misal gətirdi. 
Gürcüstan miqrasiya qanunvericiliyində bəzi yeniliklər tətbiq etməsinə baxmayaraq, A.Allahverənov bunun vətəndaşlarımıza ciddi bir problemlər yaratmayacağını bildirdi: "Çünki vətəndaşlarımız əvvəlki kimi rahat şəkildə Gürcüstana gedib 3 ay ərzində orada qala biləcəklər. Bu sadəcə vətəndaşlarımıza bir az qayğı gətirə bilər, lakin başqa bir ağır fəsadlara gətirib çıxara biləcək dəyişiklik yoxdur". 
 
Gələcəkdə Gürcüstan Azərbaycanla viza rejiminə keçsə, ekspertin sözlərinə görə, bu Şengen vizası olmayacaq: "Lakin ehtimal ki, viza alma qaydaları Şengen vizası qaydalarına yaxın ola bilər. Bu isə Gürcüstanla Azərbaycan arasında miqrasiya işlərinə bilavasitə təsir edəcək". Bu təsiri isə ekspert, çoxsaylı Azərbaycan vətəndaşlarının Gürcüstana getməsi və həmçinin ölkəmizə də Gürcüstandan gələnlərin prosesə mənfi təsir göstərəcəyi ilə əlaqələndirdi. "Lakin buna baxmayaraq, düşünmürəm ki, Azərbaycan və Gürcüstan arasında viza rejimi tətbiq edilsin" - deyə o əlavə etdi. 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina