Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe-Cavaxeti bölgəsində zəlzələ baş vermişdir.
İlya Çavçavadze adına Universitetin seysmoloji mərkəzindən verilən məlumata görə, yeraltı təkanın episentri bölgənin inzibati mərkəzi Axalsixe şəhərinin 11 kilometrliyində, Qurgeli kəndi ərazisində olmuşdur.
Zəlzələnin gücünün 3,1 bal təşkil etdiyi və dağıntıya səbəb olmadığı bildirilmişdir.